Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Xocalı rayon ictimaiyyəti üçün icbari tibbi sığortaya keçidlə əlaqədar maarifləndirmə tədbiri keçirildi

0



  •        Yanvarın 10-da Xocalı Rayon İcra Hakimiyyəti və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) təşkilatçılığı ilə “Ölkə üzrə icbari tibbi sığorta sisteminin tətbiqi” mövzusunda maarifləndirici tədbir keçirildi. Tədbirin keçirilməsində məqsəd əhalini icbari tibbi sığorta sistemi, sistemin üstünlükləri, ölkə üzrə icbari tibbi sığortanın tətbiqinə hazırlıq barədə məlumatlandırmaqdır. 



            Maarifləndirici tədbirdə Xocalı rayon İcra Hakimiyyəti başçısının müavini Lamiyə Qarayeva, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əməkdaşları Elvin Abbasov və Azər Dəmirov, Xocalı Rayon Mərkəzi Xəstəxanasının direktoru Aqil Məmmədov, Xocalı rayon ərazi icra nümayəndələri, idarə, müəssisə və təşkilatların əməkdaşları, məktəb və uşaq bağçalarının direktorları, rayon mərkəzi xəstəxanasının işçiləri iştirak etdilər. 



            Tədbirdə açılış nitqi ilə çıxış edən Lamiyə Qarayeva  ölkə başçısı tərəfindən səhiyyə sistemində son illər aparılan uğurlu islahatların davamı kimi respublikada icbari tibbi sığortanın tətbiqinin səhiyyənin inkişafına töhfə verəcəyini vurğuladı.



            Xocalı Rayon Mərkəzi Xəstəxanasının direktoru Aqil Məmmədov rayon səhiyyəsinin fəaliyyəti haqqında məlumat verdi. Bildirdi ki, rayon xəstəxanasının strukturu 1 mərkəzi xəstəxanadan, 4 həkim ambultoriyasından və 9 feldşer-mama məntəqəsindən ibarətdir. Xəstəxanada tibb işçilərinin və yerli icra nümayəndələrinin rəhbərləri ilə birlikdə icbari tibbi sığortaya keçidlə əlaqədar təbliğat və maarifləndirmə yönümlü tədbirlər keçirilib. 



            Agentliyin əməkdaşları iştirakçılara icbari tibbi sığortanın xidmətlər zərfi, sığortahaqları, azadolma məbləği və s. barədə məlumat verdilər. Bildirildi ki, baza hissəyə aid olan ilkin səhiyyə xidməti, təcili və təxirəsalınmaz tibbi yardım xidmətindən istifadə bütün vətəndaşlar üçün ödənişsizdir. Xidmətlər zərfinin əlavə hissəsinə aid olan ixtisaslaşdırılmış tibbi yardımdan istifadə etmək üçün isə sığortahaqqı ödənilməlidir. Eyni zamanda, bildirilib ki, imtiyazlı əhali qrupları sığortahaqqından azaddırlar.



            Sonda vətəndaşları maraqlandıran suallar cavablandırıldı. 
































    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi4 il öncə
    İzlənib46 dəfə
    Xocalı rayon ictimaiyyəti üçün icbari tibbi sığortaya keçidlə əlaqədar maarifləndirmə tədbiri keçirildi

    Maraqlı gələ bilər
    44
    48